Türkiyə Nazirlər Kabinetinin binasını partlatmağa cəhd edən kamikadze zərərsizləşdirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "TRT Türk" xəbər yayıb.
Telekanalın məlumatına görə, kamikadze polis tərəfindən zərərsizləşdirilib. Məlumata görə, kamikadzedən "şəhid kəməri" aşkar edilərək ələ keçirilib.

-----------
14:47

Türkiyə Nazirlər Kabinetinin binasını partlatmağa cəhd edən kamikadze zərərsizləşidilib.
Trend-in məlumatına görə, bu barədə TRT Haber xəbər yayıb.
APA xəbər verir ki, bu gün Ankarada üzərində bomba olduğu güman edilən şəxs Türkiyə baş nazirinin ofisinə (başbakanlık) yaxınlaşmağa çalışıb.
Türkiyə xəbər agentliklərinin məlumatına görə, həmin şəxs mühafizə xidmətinin əməkdaşları tərəfindən neytrallaşdırılıb. Mühafizəçilər tərəfindən açılan atəşlə yaralandığı bildirilən şəxsin ambulansla xəstəxanaya aparıldığı xəbər verilir.
Hələlik olayla bağlı rəsmi açıqlama verilməyib.
.