Türkiyə ABŞ və Rusiya liderlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Rusiya-ABŞ sammitinin keçirilməsi üçün öz platformasını təklif edir.

“Sülh prosesində Türkiyə və ya İstanbulun sülh baxışının əhəmiyyəti burada bir daha meydana çıxdı. İstənilən vaxt belə bir görüşə ev sahibliyi etməyə hazırıq. Kaş görüş Budapeştdə keçirilsə idi. İnanırıq ki, istənilən dialoq bu müharibənin bitməsinə töhfə verəcək. Biz bu fikri lap əvvəldən müdafiə etmişik, bunun üçün çalışmışıq və ədalətli sülhün mümkünlüyünü bəyan etmişik. Hər iki tərəflə yaxşı münasibətlərimiz var və hər ikisinin etimadını qazanmışıq”, - Ərdoğan Rusiya və ABŞ liderlərininin Budapeştdə təxirə salınan görüşünə və belə bir görüşün Türkiyədə keçirilməsinin mümkünlüyünə münasibət bildirərkən deyib.

.