
Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Tramp və Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.
Tramp deyib ki, Rusiya-Ukrayna müharibəsini dərhal bitirmək üçün Prezident Ərdoğanla işləməyi səbirsizliklə gözləyir.
“İndicə Türkiyə Prezidenti Rəcəb Ərdoğanla bir çox mövzularda, o cümlədən Rusiya-Ukrayna müharibəsi, Suriya, Qəzza və daha çox məsələlərlə bağlı çox yaxşı və məhsuldar telefon danışığım oldu”, - Tramp qeyd edib.
Tramp onu da bildirib ki, Ərdoğan onu Türkiyəyə səfərə dəvət edib: “Prezident məni Türkiyəyə səfərə dəvət etdi və eyni şəkildə o da Vaşinqtona gələcək”.
.