Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ–İsrail–İran müharibəsinin Türkiyə iqtisadiyyatına mənfi təsirlərindən danışıb.

Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra xalqa müraciəti zamanı, xüsusilə neft qiymətlərinin artmasının ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini bildirib.

Onun sözlərinə görə, proses yaxından izlənilir və Türkiyə vətəndaşlarının qiymət artımından minimum zərərlə çıxması üçün zəruri tədbirlər görülür:

“Bu təsirləri yaxından izləyirik. Neft qiymətlərini qəfil artıran bu qlobal şokun, şübhəsiz ki, Türkiyə iqtisadiyyatına da təsirləri olur. Bütün dünyaya mənfi təsir göstərən bu prosesdən vətəndaşlarımızı qorumaq üçün müxtəlif tədbirlər tətbiq edirik. Müharibə uzandıqca, təəssüf ki, digər fəsadlar da ortaya çıxır. Xüsusilə dünya enerji ticarətinin 20 faizinin keçdiyi strateji Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatı ciddi sarsıntıya məruz qoyub. Fevralın 28-dən bəri “Brent” markalı neftin bir barelinin qiyməti 40 faiz artıb”, - Ərdoğan qeyd edib.

Ərdoğan: Təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur

“Klassik ittifaqlar dağılarkən, oxşar təhdid və təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur”.

Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı səsləndirib.

Onun sözlərinə görə, Türkiyə formalaşan yeni dünya nizamına əvvəlcədən hazırlıq görüb. Ərdoğan bildirib ki, enerji sahəsində ölkənin bir neçə mənbədən təmin olunması bu baxımdan mühüm əhəmiyyət daşıyır.

“Klassik ittifaqlar dağılarkən, oxşar təhdid və təhlükələrlə üz-üzə qalan ölkələr arasında yeni ittifaqlar qurulur. Eyni zamanda bu prosesdə regional əməkdaşlığın əvvəl heç olmadığı qədər ön plana çıxdığını görürük. Dünyanın bu yeni münaqişə və müharibə konyunkturasına Türkiyə olaraq, hakimiyyət olaraq çox yaxşı hazırlaşdıq”, – o qeyd edib.

.