Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Danışıq zamanı İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti müzakirə edilib.

Ərdoğan İsveç və Finlandiyanın terrorizmlə mübarizə başda olmaqla, təməl məsələlərdə Türkiyə ilə həmrəy olacaqlarını açıq şəkildə göstərmədikləri müddətdə bu ölkələrin NATO üzvlüyünə müsbət baxmayacaqlarını dilə gətirib.

NATO Baş katibi Yens Stoltenberq isə "Twitter"də telefon danışığına dair paylaşım edib.

“Dəyərli müttəfiqimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun “açıq qapı” siyasətinin əhəmiyyəti və Finlandiya və İsveç tərəfindən üzvlük müraciətləri haqqında danışdıq. Biz razılaşırıq ki, bütün müttəfiqlərin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalı və həll yolu tapmaq üçün danışıqlar davam etdirilməlidir”, - Stoltenberq bildirib.

.