Paytaxtda 20 yaşlı qadın itkin düşüb.
Lent.az-ın məlumatına görə, Gəncə prospektində yaşayan 1984-cü il təvəllüdlü Kərəmov Nicat Vasif oğlu (ad və soyadlar şərtidir) Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, 20 yaşlı həyat yoldaşı aprelin 25-də evdən qaçıb. O qeyd edib ki, 1996-cı il təvəllüdlü Vəsilə Məhərrəmova həmin gün günorta saatlarında evi tərk edib və sonra ondan xəbər tutmaq mümkün olmayıb. N.Kərəmovun müraciəti əsasında araşdırma aparılır.
.
