Rəsmi rəqəmlərə görə, son 5 ildə Azərbaycanda doğulan körpələrə verilən adlar arasında dini adlar üstünlük təşkil edib.


BakiPost.az xəbər verir ki, bu dövr ərzində dünyaya gələn oğlan uşaqlarından 17418-nə Yusif adı verilib. Bundan başqa, Zəhra (16676), Fatimə (12014), Hüseyn (11992), Əli (11783), Zeynəb (7859), Ömər (7620), Məhəmməd (7495), Xədicə (6197), Məryəm (5649), İbrahim (4962), Amin (2554), Adəm (1361), Həsən (3558), İsmayıl (3296), Mehdi (2310), Aişə (1579) kimi adlar da verilən isimlər sırasındadır.


Bir çox hallarda müraciət forması kimi bu adlar qısaldılır. Əliyə "Əlişka”, "Alik”, Məhəmmədə "Mamed”, "Maqa”, Hüseynə "Hüsü”, "Qusik”, Fatiməyə "Fatoş” deyə müraciət olunur... Bəziləri dini adların qısaldılmasının düzgün olmadığını və günah olduğunu deyir.


BakiPost.az-ın əməkdaşları paytaxt əhalisinə "Uşaqlara dini adların qoyulmasına münasibətiniz?” sualı ilə müraciət edib.

Həmin sorğunu təqdim edirik:



.