Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi çərçivəsində şagirdlərlə görüşlərini davam etdirib. Qurum bu gün sıradan ikinci qrup üzrə ikinci təlimini reallaşdırmışdır. 
Belə ki, Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə təlimçi ilk oncə birinci təlimdə keçirilmiş dərsi xatırlayan düşündürücü suallarla sinfə müraciət etdi. Uşaqlar "yol nişanları nə üçündür”, "Piyadaların vəzifələri nədir” suallarına ətraflı cavablar verdilər. Daha sonra özündə yol hərəkəti qaydalarını əks etdirən şəkillər ekranda nümayiş olundu. 
Bundan sonra müəllim sinfə müraciət edərək "bu şəkildlərdə nə gördükləri” ilə maraqlandı. Şagirdlər Ənvər, Aydan, Aytac, Cavid və başqaları verilən suallar ətrafında çıxıslar etdilər. 
Növbəti addım uşaqlar üçün hazırlanmış animasyon filmin nümayişi oldu. Filmi seyr etdikdən sonra müəllimə sinfə mövzu ilə əlaqədar yönəldici suallar verdi. "Biz yol hərəkəti qaydalarına niyə əməl etməliyik”, "İzlədiyiniz videoçarx nə haqqındadır”. Şagirdlərin müvafiq, əhatəli cavablarından sonra müəllim yenidən sinfə müraciət etdi:  "Bəs qəzalar necə baş verir”, "Piyadalar nə etməlidir” və s. Bu sualları da şagirdlərdən Bəxtiyar, Aytac, Nərmin, Vəcihə, Ləman, Ayşə, Nurlan, Kəmalə, Gülər dolğun cavablandırdılar. 
Təlim müddətində Həcər xanım yol nişanları haqqında şagirdlərə bilgi verməyə başladı. Onlara yol hərəkəti qaydalarına əməl etməyin son dərəcə vacib olduğunu qeyd etdi. Sonra usaqlar mövzu ilə əlaqədar qrup halında işləməyə başladılar. Təlimin rəhbəri Əli Cəfərov xüsusi olaraq bildirdi ki, uşaqların qruplara bölünməsi və qrup halında birgə işləməsində əsas məqsəd onlarda yaradıcı təfəkkürü inkişaf etdirmək və tədqiqatçılıq qabiliyyətlərini üzə çıxartmaqdan ibarətdir. 
Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin müvafiq təlimləri davam etdiriləcək.

.