Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb.
Türkiyə mediası istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu, İmamoğlunun seçki kampaniyasının rəhbəri Necati Özkan və jurnalist Merdan Yanardağa qarşı casusluq ittihamı ilə istintaq başladılıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu bu ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsində başlanan araşdırma çərçivəsində saxlanılıb. İmamoğlunun evində axtarış aparılıb, sonra o, tibbi müayinəyə aparılıb. Bu işlə bağlı ümumilikdə 100-dən artıq şəxs saxlanılıb.
Əkrəm İmamoğlu 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasının namizədi olaraq İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilib.
.
