Əfqanıstanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Zəlzələnin episentrinin Hulm bölgəsində 35 kilometr cənub-qərbdə olduğu bildirilir.
Mərkəzinin 10 kilometr dərinlikdə olduğu zəlzələnin nəticələri barədə hələlik məlumat verilməyib.
Bölgə rəsmilərinin açıqlamasına görə zəlzələ nəticəsində ən azı yeddi nəfər ölüb, təxminən 150 nəfər isə yaralanıb.
.
