Əfqanıstan və Pakistan rəsmiləri bu gün İstanbulda sülh danışıqlarının üçüncü günündə bir araya gələcək.
Bu barədə “Reuters“ məlumat yayıb.
Məlumatda qeyd olunub ki, hazırda Dohada imzalanmış atəşkəs razılaşmasından sonra Türkiyə vasitəçiliyi ilə keçirilən danışıqların məqsədi uzunmüddətli atəşkəsin təmin edilməsidir. Lakin hər iki tərəf danışıqların mahiyyəti barədə fərqli mövqelər bildirir.
Belə ki, Pakistan təhlükəsizlik mənbəsi Talibanı dialoq prosesində əməkdaşlıq etməməkdə ittiham edib: “Pakistan nümayəndə heyəti sərhəd terrorizmi ilə bağlı əsas tələblərimizdə kompromis mümkün olmadığını açıq şəkildə bildirib”.
Taliban nümayəndəsi isə onların danışıqları gecikdirdiyi iddiasını yalan adlandırıb və vurğulayıb ki, müzakirələr hələ də davam edir.
“Ümumilikdə görüş yaxşı keçir və biz bir çox məsələləri dostanə mühitdə müzakirə etdik”, - o vurğulayıb.
Qeyd edək ki, Əfqanıstan və Pakistan sərhəd qarşıdurmasından sonra oktyabrın 19-da Dohada atəşkəs razılaşması əldə ediblər.
.
