Dünya şöhrətli italiyalı müğənni Toto Kutunyo vəfat edib.

Bu barədə ANSA informasiya agentliyi məlumat yayıb.

İtaliya estradasının ulduzu, müğənni-bəstəkar Toto Kutunyo 80 yaşında dünyasını dəyişib.

O, Milandakı San-Raffaelle klinikasında vəfat edib. Kutunyonun meneceri Danilo ANSA-ya bildirib ki, uzun sürən xəstəlikdən sonra müğənninin səhhətində son aylar daha da pisləşmə müşahidə olunub.
 

.