Dünyanın ən yüksək maaş alan futbolçusu kimdir?

9,398 oxunub

Dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Teves olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 32 yaşlı futbolçunun "Şanxay Şenxua” klubuna keçidi rəsmiləşib.

Onun yeni klubunda məvacibi həftədə 615 min funt sterlinq təşkil edəcək. Bununla Karlos Teves dünyanın ən yüksək maaş alan futbolçusu olub.

Qeyd edək ki, K.Teves müxtəlif illərdə İngiltərənin "Vest Hem”, "Mançester Yunayted”, "Mançester Siti”, İtaliyanın "Yuventus” klubunda oynayıb. Çin klubuna isə doğma "Boka Xuniors” komandasından keçib. Cari mövsümdə Argentina çempionatında K.Teves 10 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Yenizaman.az

.
XƏBƏRLƏR 17-07-2026
17:32 Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə Qaydası təsdiqlənib 
17:24 Rusiya "3+3" regional əməkdaşlıq platformasının böyük potensialını görür
17:15 Aİ Rusiyaya qarşı ilk dəfə “Kiyevə zərbələrə görə” sanksiyalar tətbiq edib
17:13 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
16:50 Lavrov: Rusiya Azərbaycanın əsas ticari tərəfdaşlarından biri olaraq qalır
16:47 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib
16:46 XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib 
16:46 Şahin Mustafayev sentyabrda Aleksey Overçukla görüşəcək
16:45 Azərbaycanla Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir
16:43 Lavrov: Rusiya Bakı ilə İrəvan arasında kommunikasiyaların bərpasına dəstək verməyə hazırdır
16:20 Ceyhun Bayramov: Azərbaycan öz ərazisindən keçən nəqliyyat imkanlarını daha da artırmağa hazırdır 
16:13 Nazir: Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır
16:12 XİN rəhbəri: Vətən müharibəsi yeni reallıqlar yaradıb, Ermənistanla faktiki olaraq sülh mövcuddur
16:00 Ceyhun Bayramov: Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb
15:46 Azərbaycan XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqlayıb 
Təqvim