Həbs olunan baş redaktor "Gündəlik Bakı" qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevdir.

"Ölkə.az”-ın əldə etdiyi məlumata görə, axşam saatlarında Mətbuat prospektində yerləşən "Nəşriyyat" binasında DTX əməkdaşları xüsusi əməliyyat keçirərərk baş redaktoru saxlayıb.

AzNews.az xəbər verir ki, Habil Vəliyev mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanın vəkili idi.

***

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan ərazisində "reket” jurnalist fəaliyyəti ilə məşğul olan daha bir baş redaktorun cinayət əməllərini ifşa edib.

Bununla bağlı DTX xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı "reket” jurnalist fəaliyyəti ilə məşğul olaraq, ayrı-ayrı insanları hədələmək və şantaj etmək əməlləri ilə məşğul olan şəxs saxlanılıb. Bununla da saxlanılan baş redaktorun cinayət əməlləri ifşa edilib və qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Həbs olunan baş redaktorun kimliyi yaxın saatlarda açıqlanacaq.

.