
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə yeni direktor təyinatı olub.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyeva Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru vəzifəsinə təyin olunub.
.