İran və ABŞ arasında atəşkəsin müddətinin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır.

Bunu “Reuters“ə yüksək vəzifəli iranlı mənbə bildirib.

İranlı mənbənin sözlərinə görə, Tehran atəşkəs üçün rəsmi başlanğıc tarixinin olmadığını hesab edir və bu səbəbdən onun uzadılmasından da söhbət gedə bilməz.

“ABŞ-la atəşkəsin uzadılması ilə bağlı heç bir müzakirə aparılmır”, - o vurğulayıb

.