Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı sərt ifadələr işlədib. "Anadolu” agentliyinin verdiyi məlumata görə, MHP lideri baş naziri PKK-ya qarşı münasibətinə görə qınayıb: "Hər halda, baş nazirin PKK-çılara göstərdiyi soşğun və həddindən artıq sevginin tutarlı tərəfi var. Buna görə Ərdoğan ya Kandilin yetişdirməsidir, ya Türk düşmənidir, ya da Türk millətinin qanını içməyə and içmiş çevrələrin özəl və könüllü görəvlisidir”.
.
