96 saylı Goranboy – Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboy rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru ilə telefon bağlantısı vasitəsilə qoşularaq, bütün uşaqları təbrik edib, onlara möhkəm cansağlığı, firavan günlər arzulayıb. Deputat telefon danışığı zamanı Azərbaycanda uşaqların müdafiəsi və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görüldüyünü diqqətə çatdırıb. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hələ ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərliyi dövründə uşaqlara xüsusi diqqət yetirmiş, həmin vaxt səhiyyə, mədəniyyət, təhsil ocaqları- nın, məktəbdənkənar müəssisələrin şəbəkəsinin genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz təsirini göstərmişdir. Bu gün bu siyasət cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və  Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, xalqımızın fiziki və mənəvi sağlamlığının təmin olunması və milli genefondunun qorunmasında  misilsiz işlər həyata keçirilir. 
Mərkəzin direktoru Süsən Alxasova da öz növbəsində son illərdə ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə uşaq evlərinin, internat məktəblərinin, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin maddi-texniki bazası, texniki təchizatının daha da gücləndirilməsinə görə ölkə başçısına təşəkkür ünvanlayıb. 
Daha sonra könüllülər tərəfindən fiziki qüsurlu uşaqlara müxtəlif hədiyyələr təqdim olunub. 
 

.