"2016-cı il ərzində Klinik Tibbi Mərkəzə (KTM) dəm qazından zəhərlənmə ilə bağlı 454 müraciət olub, həmin şəxslərdən 332-si xəstəxanaya qəbul edilib. Bu il mərkəzə müraciətlər arasında dəm qazından ölüm halı qeydə alınmayıb”.
 
Modern.az-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, hər həftə dəm qazı zəhərlənməsi ilə əlaqədar rayonlardan 10-12 müraciət daxil olur:
"Mərkəzə yerləşdirilənlərin 10%-nin vəziyyəti ağır, 70%-nin vəziyyəti orta-ağır, qalanların vəziyyəti isə nisbətən yüngül olub. Dəm qazından zəhərlənmə ilə bağlı əsasən 20-40 yaş arası və orta yaşlı insanlar müraciət edir. Bu, da daha çox vanna otağında baş verir”.
 
 Onun sözlərinə görə, ötən il isə yalnız 1 nəfər vəfat edib.
 
A.Maqsudov bildirib ki, qapalı şəraitdə olan maşında kondisioner işləyərsə, dəm qazı orada olan şəxsi zəhərləyə bilər: "2015-ci ildə belə bir hadisə nəticəsində iki şəxs zəhərlənib. Onlardan biri vəfat edib, digər şəxsin sağlamlığının bərpasına isə uzun müddət lazım olub”.
 
.