İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadın alverçisi tutulub.
Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mahirə Həsənova qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılıb.
Araşdırma aparılır.
