Dağıstanda helikopter qəzaya uğrayıb.
Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.
Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb.
"Baza" Telegram kanalının məlumatına görə, Ka-226 helikopterinin göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib.
.
