Amerikalı milyarder bu vəsaiti vətəndaş münaqişəsinin qurbanı olanlar üçün "Beynəlxalq Xilasetmə Komitəsi"nin fonduna köçürüb
Milyarder Corc Soros Suriyada müharibə qurbanlarına 1 milyon dollar yardım ayırıb. Bu barədə "Montreal Gazette" məlumat yayıb. Amerikalı milyarder 1 milyon dolları Suriyada vətəndaş münaqişəsinin qurbanı olanlar üçün "Beynəlxalq Xilasetmə Komitəsi" qeyri-hökumət təşkilatı fonduna köçürüb.
Sorosun sözlərinə görə, Suriyada aclıq və safalətdən əziyyət çəkən insanlar var: "Suriyada aclıqdan əziyyət çəkən insanlar var və bu yazıq insanlar qış gələndə soyuqdan donacaqlar. Buna görə onlara kömək etmək lazımdır. Hakimiyyət və üsyançıların humanitar yardımı müharibə vasitəsi kimi istifadə etməsi vəziyyəti bir qədər də şiddətləndirir.
Milyarder bildirib ki, münaqişənin hər iki tərəfi Rusiya və ABŞ-ın təşəbbüsü ilə Cenevrədə keçiriləcək danışıqlar zamanı mövqeyini yaxşılaşdırmaq üçün humanitar yardım göstərilməsinə imkan yaradıb. (anspress.com)
.
