Amerikalı aktyor Conni Deppin “Cry-Baby” (1990) musiqili filminin çəkiliş meydançasında istifadə etdiyi 1955-ci il istehsalı olan “Harley Davidson Model K” motosikleti “Kruse GWS Auctions” hərracında satılacaq.

Lotun ilkin qiyməti 250 000 dollardır.

Hərrac 25 iyunda başlayacaq.

Hazırda motosikl Missuri ştatının Branson şəhərindəki muzeydə saxlanılır. Əvvəllər o, dəfələrlə sahiblərini dəyişib, həmçinin ABŞ-da keçirilən sərgilərdə iştirak edib.

 

.