Aktyor Conni Depp keçmiş həyat yoldaşı Ember Hördlə məhkəməsində qələbəsini təmtəraqla qeyd etmək qərarına gəlib.

Bütün dünya qalmaqallı boşanma prosesini izləyib.

Məhkəmə ulduz aktyorun reputasiyasını bərpa edib.

Bu münasibətlə o, Notinq Hilldəki (London) “Laylow” klubunda qonaqlıq verib. Aktyorun yanında həmkarları və dostları da olub. Tədbir Deppə 300 milyon dollara başa gəlib.

.