ABŞ prezidenti Barak Obamanın köməkçisi Co Bayden Çinə səfər edib. Ölkəyə səfəri zamanı Çin dövlət başçısı Xi Jinpinqlə görüşən Co Bayden onunla 5 saat davam edən bir çox mövzularda müzakirə aparıb. Xi Jinpinq və Co Bayden ticarət əlaqələrində əməkdaşlıq mövzusunda razılığa gəlsə də, Çin dənizi üzərində RƏM sisteminin quraşdırılmamasında eyni fikiri bölüşməyiblər.
Ağ Ev başçısının müşaviri Çin prezidentinə bildirib ki, raket sisteminin quraşdırılması regionda qonşu ölkələr tərəfindən narahatlıqla qarşılanır. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Honq Lei isə mətbuat konfransında deyib ki, ölkəsinin RƏM sistemi ilə bağlı mövqeyi beynəlxalq qanunlara uyğundur və ABŞ bu məsələdə obyektiv olaraq ədalətli mövqe göstərməlidir.
.
