Koreya Respublikasının Prezidenti Li Çje Myon Şimali Koreya ilə dinc yaşamağa çağırıb.
Cənubi Koreya lideri bu barədə Koreya yarımadasının Yaponiya hakimiyyətindən azad edilməsinin 81-ci ildönümü mərasimində deyib.
Li Çje Myon xatırladıb ki, 2025-ci ildə Şimali Koreyadakı mövcud sistemə hörmət etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Seulun Pxenyana qarşı düşmənçilik planı yoxdur.
"Biz inklüzivlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq dinc yanaşı yaşamağa çalışmalıyıq", - Cənubi Koreya Prezidenti deyib.
O, həmçinin Şimali və Cənubi Koreyanı danışıqlar masasına oturmağa çağırıb. Prezidentin sözlərinə görə, dialoqu "güzəşt deyil, dinc yanaşı yaşamağın başlanğıcı" kimi təsvir edib.
.
