Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi birgə reyd zamanı rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Yenizaman.az Report-a istinadən xəbər verir ki, yerli sakinlər Asif Soltanov, Tahir Məmmədov və Uzuntəpə kənd sakini İnşallah Həsənov heç bir icazə sənədi olmadan birlikdə Mahmudçala ovçuluq təsərrüfatında 25 ədəd gərəf və 8 ədəd çöl ördəyi ovlayıblar.

Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.

Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır. 




.