Rayonda yenicə əkilmiş sahələrdə siçanabənzər gəmiricilərin sayı son günlər xeyli artıb. Yerli sakinlərin sözlərinə görə gəmiricilər əkilmiş taxıl dənələrini yuvalarına toplayaraq yararsız hala salırlar. Bu da gələcəkdə məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. 

Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Cəlilabadda bir neçə gündür sahələr gəmircilərin hücümüna məruz qalıb. Kənd sakinləri sahələrə su buraxmaqla gəmiriciləri zərərsizləşdiməyə çalışsalar da, hələ ki, bu mümkün olmayıb.

Rəsmi məlumata görə rayonda siçanabənzər gəmricilərin artımı 9 min hektarlıq əkin sahəsində pik həttə çatıb.

Cəlilabad Bitki Mühafizə idarəsinin rəisi Fizuli Qubadov: "32 hektarında mübarizə aparmışıq. Onun 9 min hektarında sirayətlənmə mövcuddur. Müşahidələr göstərir ki, bu il siçanabənzər gəmiricilərin bir hektarda işlək yuvaların sayı həddindən artıq çoxdur.”

Ən təhlükəli vəziyyət isə rayonun İranla həmsərhəd olan ərazilərində və Aran kəndlərində müşahidə olunur. Artıq Kənd Təssərrüfatı Nazirliyinin tərəfindən rayonda gəmiricilərə qarşı mübarizə üçün xüsusi dərman preparatları göndərilib. Mütəxəssislərin nəzarəti ilə sahələrdə aldadıcı yemlər hazılanır və yuvalara qoyulur.

Cəlilabad Rayon Kənd Təsərrüatı İdarəsinin rəisi Rahib Kərimov: "Təsərrüfatlara da pulsuz dərmanlar paylanılıb. İstehsalçılar öz sahələrində gəmiricilərə qarşı mübarizə aparırlar. Və bizim idarə tərəfindən də, Bitki Mühafizə İdarəsi ilə birlikdə bunlara qarşı mübarizə gedir. Hava şəraitindən istifadə edərək biz bu əkilən sahələrdən profilaktik tədbirin aparılması ilə bağlı tədbirimiz davam etdiriləcək.”

Bu gün Qobustanda sakinlərlə görüşən Kənd Təsərrüfatı naziri Heydər Əsədov məsələ ilə bağlı naziriliyin kifayət qədər dərman ehtiyatı olduğunu bildirdi.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov: "Xəstəliklərin hamısı deyil bir qismi dövlət thesabına qarşılanır. Dövlət hesabına qarşılanan xəstəliklərə qarşı mübarizədə sahibkarlar və fermerlər bizə yaxından köməklik göstərməlidirlər.”

Bildirək ki, bu günə kimi 4 min hektarlıq sahədə gəmiricilərə qarşı mexaniki və kimyəvi mübarizə üsulları aparılıb.


.