Cəlilabadda bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, hadisə rayonun Əliqasımlı kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü kənd sakini Quliyeva Xədicə Lətafət qızı ov tüfəngindən atəş açaraq intihara cəhd edib. Qarın nahiyəsindən yaralanan gənc qız təclili Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiyaya yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Hələlik intiharın səbəbi bilinmir.
.