Son günlər düşən intensiv yağıntılar nəticəsində cənub bölgəsindəki sürüşmə zonalarındakı aktivlik daha da artıb. 14 yaşayış məntəqəsini birləşdirən Cəlilabad -Sadatlı avtomobil yolu üzərindəki körpülərdən birində təhlükəli vəziyyət yaranıb.


Yenizaman.az ARB Cənub-a istinadən xəbər verir ki, Cəlilabad -Sadatlı avtomobil yolunun Xəlilli kəndindən keçən hissəsində yol yatağının sürüşməsi nəticəsində bir hərəkət zolağı tamamilə çöküb.Yerli sakinlər deyirlər ki, ərazidən iri qabaritli yük avtomobilləri keçdikcə yolun asvat qatında yeni çatlar əmələ gəlməyə başlayır.Cəlilabad -Sadatlı avtomobil younda torpaq sürüşməsi yolun əsasən təpəlik ərazilərdən keçən hissəsində daha çox müşahidə olunur.Çünki bu ərazilərdə yolun kənarlarında daha çox yağış suları toplanır ki,bu da sonradan torpaq sürüşməsinə səbəb olur. Ən təhlükəli vəziyyət yol üzərindəki körpülərdən birndədir.Məsələ ilə bağlı Cəlilabad rayon FHK -nın sədri Vidadi Dövlətov bildirib ki, ərazi nəzarətə götürülüb.Sürüşmə aktiliyi yoxlanıldıqdan sonra yolun uçmuş hissəslərində təmir-bərpa işlərinə başlanacaq.




.