Çin və Pakistan Yaxın Şərqdə davam edən müharibə ilə bağlı 5 maddəlik sülh təşəbbüsü ilə çıxış edib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sülh təşəbbüsü Pakistan XİN rəhbəri İshaq Darın Pekində çinli həmkarı Van İ ilə görüşündən sonra təqdim edilib.
Sülh təşəbbüsünün mətni aşağıdakı kimidir:
Çin və Pakistan müharibənin dərhal dayandırılmasına və onun daha da yayılmasının qarşısının alınmasına çağırış edir;
Sülh danışıqları mümkün qədər ən qısa zamanda başlamalıdır və burada İran, eləcə də Körfəz ölkələrinin suverenliyi və təhlükəsizliyi nəzərə alınmalıdır. Pakistan və Çin bu danışıqları başladan bütün tərəfləri dəstəkləməyə hazırdır;
Qeyri-hərbi obyektlərə və mülki infrastruktura hücumlar dayandırılmalıdır;
Hörmüz boğazında gəmilərin hərəkəti üçün istifadə olunan xətlərdə təhlükəsizlik təmin olunmalıdır. Pakistan və Çin bütün tərəflərə boğazda qalmış gəmilərin heyətlərinin təhlükəsizliyini təmin etməyə və Hörmüz boğazından keçidin yenidən bərpa olunmasına çağırır;
BMT Xartiyası əsasında ətraflı sülh mexanizminin yaradılması ilə bağlı razılıq əldə olunmalıdır.
