Çin Rusiya və Ukrayna taxılının ixracı üçün “yaşıl dəhliz” yaratmağa çağırır.

“İnterfax.ru" xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, indiki şəraitdə Rusiya və Ukraynadan taxıl ixracını təmin etmək üçün mümkün qədər tez “yaşıl dəhliz” formalaşdırmaq lazımdır.

“İndiki şəraitdə beynəlxalq ictimaiyyət Rusiya və Ukraynadan taxıl ixracı üçün yaşıl dəhliz təmin etmək üçün mümkün qədər tez atəşkəsi təşviq etməlidir”, - deyə, diplomat Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə videokonfransda bildirib.

Vanq Yi qeyd edib ki, "Çin beynəlxalq ictimaiyyəti narahat edən məsələlərlə məşğul olanda heç vaxt kənarda dayanmır. O, taxıl ixracı məsələsində bütün tərəflərlə əlaqə saxlamağa hazırdır”.

.