23 yaşlı Çexiya sakini Kristina Pışkova Hindistanın Mumbay şəhərində keçirilmiş “Miss dünya – 2024” gözəllik yarışının qalibi olub.

“The Hindu” nəşri xəbər verir ki, Pışkova indiyədək bu titulu qazanmış ikinci çexiyalı olub.

Pışkova peşəkar model kimi işləyir, habelə hüquq və biznes idarəçiliyi üzrə təhsil alır. İngilis, polyak, slovak və alman dillərində sərbəst danışır. O həmçinin təhsil vasitəsilə davamlı inkişafdan yana çıxış edən fondun yaradıcısıdır.

.