Məşhur teleaparıcı və model Çağla Şikel sosial mediada paylaşımı ilə gündəmə gəlib.

Takvim.com-un məlumatına görə, cazibədar model Türkiyənin Bodrum turizm bölgəsində istirahətə yollanıb.

Sosial şəbəkə hesabında istirahətdən çəkilmiş görüntülərini paylaşan Ç.Şikelin çimərlik geyimində fotosuna minlərlə bəyənmə gəlib.

İzləyiciləri modelin qüsursuz bədən quruluşuna sahib olduğunu və gözəlliyindən heç nə itirmədiyini qeyd ediblər.

 

.