"Gündəm Xəbər” qəzetinin rəhbəri Şirin Cəfəri həbs olunub.

Bu gün səhər saatlarında Ş.Cəfərinin evinə gələn polis əməkdaşları əvvəlcə onun evində axtarış keçiriblər. Bundan sonra əməliyatçılar Ş.Çəfərinin saxlanıldığını bildirib və onu özləri ilə aparıblar. 

Ş.Cəfərinin xanımı ilə əlaqə saxlanıb. O, faktı təsdiq etsə də yoldaşının hansı səbəbdən saxlanıldığı barədə məlumata malik olmadığını deyib: "Bizə heç nə demədilər. Evdə axtarış apardılar və sonra da Şirini apardılar. Hara apardıqlarını isə demədilər”.

Missiya.Az 
.