Sürücülər sağ zolaqla getməli olduqları halda qarşı zolağa çıxaraq hərəkət edirlər. Nəticədə də həm tıxac yaranır, həm də qayda pozuntusuna yol verirlər.

Söhbət paytaxtın Xətai rayonu, Afiyyədin Cəlilov küçəsi ilə Üzeyr Hacıbəyov küçəsini birləşdirən köpünün altındakı yoldan gedir. Bu yolun sağ zolağında Bakı Şəhər icra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən prakomat qoyulub. Belə olduqda da sürücülər avtomobili düz yolun hərəkət hissəsində park edirlər.

Belə vəziyyətdə digər avtomobilər məcburən əks hərəkət zolağına çıxmaqla yollarına davam edirlər. Bu isə qəza şəraiti yaratmaqla yanaşı tıxca da səbəb olur.

Məsələ ilə bağlı aidiyyəti qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, buradan mövqe bildirən olmadı.

Yol hərəkəkəti üzrə ekspertlər isə bildirir ki, parklanma yeri yolun hərəkət hissəsində olsa belə, bu, piyadalar və sürücürlər üçün təhlükə yaratmamalıdır. Məcburiyyət qarşında qalıb əks yola çıxan sürücləri isə yol polisi cərimələyə bilməz.

"Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




.