
Bu gün “Qafqazinfo” internet qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.
"Report" xəbər verir ki, portalın 15 yaşı tamam olur.
2010-cu il avqustun 16-da fəaliyyətə başlayan "Qafqazinfo"da Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, paytaxtdan kənar xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub. 24 saat fasiləsiz yenilənən saytda Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur.
Eynin zamanda, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
Yenizaman İnformasiya Agentliyinin kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
.