“Sabah”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Bakı klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi “Orhus”a məğlub olacağı təqdirdə, Avropa Liqasının pley-offunda “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə avqustun 27-də keçiriləcək.

.