Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) müğənni Nüşabə Ələsgərlinin polisə çağırılması barədə yayılan məlumatlara münasibət bildirib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi polis mayoru Elşad Hacıyev bildirib ki, müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında həmkarı Nüşabə Ələsgərlinin Nəsimi rayon Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir: "Bəzi xəbər saytlarında "Nüşabə Ələsgərli "reketlik" edir? - Polisə çağırılan müğənni sərbəst buraxılıb”, sərlövhəli yazı dərc olunub. Həmin şəxslərlə bağlı rayon polis idarəsinə hər hansı müraciət daxil olmayıb, adı çəkilən şəxslərdən heç kim idarəyə dəvət olunmayıb”.
.