ABŞ-dan olan pop müğənni Britni Spirs sosial şəbəkədə sevgilisi, 28 yaşlı fitnes məşqçisi Sem Əsgəri ilə toyundan çəkilmiş videosunu paylaşıb.

“Nağıllar gerçəkdir” - 40 yaşlı müğənni videoya şərh olaraq yazıb.

Qeyd edək ki, iyunun 10-da dünya şou-biznesində ən çox danışılan cütlüklərindən biri olan Britni Spirslə Sem Asqar münasibətlərini rəsmiləşdiriblər.

Toy mərasimi 40 yaşlı müğənninin Kaliforniyadakı villasının həyətində baş tutub.

Cütlük altı ilə yaxındır birlikdədir. Britninin həyat yoldaşı olan İran əsilli Sem Asqari doqquz ildir ABŞ-da yaşayır. O, model və fitnes məşqçisi kimi çalışır. Sem və Britni “Slumber Party” klipinin çəkilişləri zamanı tanış olublar.

.