
Böyük Britaniyada unikal boğuq səs simptomu ilə müşahidə olunan yeni "Stratus" koronavirus ştammı yayılıb.
Bu barədə "The Independent" qəzeti xəbər verib.
Qeyd olunub ki, "Stratus" ştammının iki növü - XFG və XFG.3 mövcuddur. Onlar ölkədəki COVID-19- yoluxma hallarının təxminən 30%-ni təşkil edir.
Məlumata əsasən, immunitetin zəifləməsi və peyvənd olunanların sayının azalması səbəbindən insanlar yeni ştamla infeksiyaya daha həssas olacaqlar.
.