Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının qərarının ardınca Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı sanksiyaları ləğv edib.

Yenizaman-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya hökumətinin bəyanatında bildirlib.

Qeyd olunur ki, məhdudiyyətlər həmçinin Suriyanın daxili işlər naziri Anas Xəttabdan da götürülüb.

Daha əvvəl hər iki məmur radikal "İslam Dövləti" və "Əl-Qaidə" təşkilatları ilə əlaqəli şəxslərə qarşı tətbiq edilən maliyyə sanksiyaları altında olub.

Ötən gün BMT Təhlükəsizlik Şurası bu tədbirləri ləğv edib, Suriya qruplaşması "Həyat Təhrir əş-Şam" ilə "Əl-Qaidə" arasında fəal əlaqələrin olmamasını qeyd edib.

Qərar Əhməd əş-Şəraanın ABŞ Prezidenti Donald Trampla Ağ Evdə planlaşdırılan görüşü ərəfəsində qəbul edilib.

.