
Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.
Bu barədə “The New York Post” məlumat yayıb.
Bildirilib ki, hərrac dekabrın 11-nə planlaşdırılıb. Malikanənin başlanğıc qiymətinin 5,35 milyon dollar olacağı bildirilib.
Qeyd edək ki, cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Onlar 2018-ci ildə boşanıblar.