Bred Pitt “Chateau de Beaucastel” şərab zavodu ilə əməkdaşlıq nəticəsində yaradılmış “Le Domaine” adlı dəriyə qulluq vasitələrinin istifadəyə verildiyini açıqlayıb.

Məhsullar aktyorun partnyorları tərəfindən yetişdirilən üzümlər, xüsusən də üzümün toxumu, qabığı və meyəsindən alınan ekstraktlar əsasında hazırlanıb. Qablaşdırmada köhnə şərab qapaqlarından istifadə olunub.

Kosmetik vasitələrin həm kişi, həm də qadınlar üçün nəzərdə tutulduğu bildirilib.

.