
Braziliya hökuməti ABŞ-la dialoqa hazır idi, lakin indi Ağ Evin avqustun 1-dən bəzi mallara 50% rüsum tətbiq etməsinə müvafiq cavab verməyə çalışır.
Bu barədə ölkə prezidenti Luis İnasiu Lula da Silva məlumat verib.
“Biz həmişə dialoqa açıq olmuşuq. Hazırda ABŞ-nin tarif tədbirlərinə cavab verməyə çalışırıq. Yalnız Braziliya vətəndaşları və qurumları ölkənin inkişaf kursunu, o cümlədən ABŞ-la münasibətləri müəyyən etmək hüququna malikdir”, - Silva qeyd edib.
ABŞ prezidenti Donald Tramp avqustun 1-dən Braziliya idxalına 50%-lik rüsumların tətbiq ediləcəyini elan edərək, ticarət kəsirinin aradan qaldırılması üçün tədbirin zəruri olduğunu izah edib.
.