Rusiyanın Yamal-Nen Muxtar Vilayətində iri həcmdə neft oğurluğu ilə məşğul olan azərbaycanlılardan ibarət mütəşəkkil qruplaşmanın üzləri həbs edilib.
Virtualaz.org saytı xəbər verir ki, axtarış zamanı polis onlardan 50 ton oğurluq xam neft müsadirə edib.
Polisin bildirdiyinə görə, 5 Azərbaycan vətəndaşı neçə vaxtdır ki, xam neft oğurluğu ilə məşğul olub və oğurladıqları nefti Xantı-Mansiysk Muxtar Vilayətində, habelə Tümen, Novosibirsk və Tomsk vilayətlərində satıb.
Oğurluq neftin maneəsiz daşınması üçün mazut nəqlinə dair saxta sənədlər hazırlanıb. Qruplaşmanın indiyədək nə qədər neft oğurladığı məlum deyil, ancaq onların vurduğu ziyanın həcmi on milyonlarla rublla hesablanır.
Axtarış zamanı qrup üzvlərindən 2013-cü ilin sentyabrından bu yana oğurlanan neftə və əldə olunan gəlirlərə dair hesab kitabçası, iri məbləğdə pul, qaimələr tapılıb. İstintaq gedir.
.
