Boko Haram terror təşkilatının Kameruna etdiyi hücum nəticəsində azı 100 adam həlak olub.
Son illərdə əksəriyyəti dinc vətəndaşlar olmaqla, minlərlə insanın ölümünə səbəb olan Boko Haram döyüşçüləri Kamerunun şimalındakı Fotokol qəsəbəsinə hücum edib.
Qəsəbəni ələ keçirən təşkilat ən azı 100 nəfəri qətlə yetirib. Təşkilat qəsəbədə çox sayda evi və məscidi yandırıb.
(atvxeber.az)
.
