Qonşu ölkələrdə sığınacaq tapmış suriyalı qaçqınların sayı 4 milyon nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə BMT-nin qaçqınların işlər üzrə ali komissarının İdarəsinin məruzəsində deyilir.

Qeyd olunur ki, təkcə son 10 ayda Suriyanı 1 milyon adam tərk edib.

"Suriya əhalisi dünya ictimaiyyətinin dəstəyinə ehtiyac duyur. Hazırda insanlar dəhşətli şəraitdə yaşayırlar”, - deyə ali komissar Antoniu Quterreş bildirib.

Qeyd edək ki, hazırda Türkiyədə 1,7 milyon suriyalı qaçqın məskunlaşıb. Daha 2 milyon nəfər isə Misir, İraq, İordaniya və Livanda sığınacaq tapıb.

.