BMT Təhlükəsizlik Şurasında təşkilatın yeni baş katibinin seçilməsi ilə bağlı keçirilən qeyri-rəsmi səsvermədə yeddi namizəddən heç biri beş daimi üzvün hamısının dəstəyini qazana bilməyib.
Namizədlər arasında Kosta-Rikanın sabiq vitse-prezidenti Rebekka Qrinspan, Qayananın nümayəndəsi Kerolayn Rodriqes-Birkett və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi önə çıxıblar.
Lakin onların hər biri veto hüququna malik daimi üzvlərdən ən azı ikisinin etirazı ilə üzləşib.
Qeyd edək ki, Baş katibin seçilməsi üçün Təhlükəsizlik Şurasının 15 üzvündən ən azı doqquzunun dəstəyi və beş daimi üzvdən heç birinin veto qoymaması tələb olunur. Hazırkı baş katib Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.
BMT-nin tarixində indiyədək heç bir qadın baş katib olmayıb. Yeni baş katibin seçilməsi ilə bağlı növbəti qeyri-rəsmi səsvermənin gələn həftə keçirilməsi planlaşdırılır.
.
