Hava limanında atışma: 2 ölü, 7 yaralı.

ABŞ-ın Los-Anceles şəhər hava limanında naməlum şəxs tüfəngdən atəş açıb. Olayda 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Həlak olanlardan biri polis əməkdaşıdır.

Milli.Az NBC-yə istinadən bildirir ki, cinayətkarın özü də həlak olub.

Los Angeles Times-ın məlumatına görə, polislərlə atışmada yaralanmış şəxs tutulub. Digər məlumatlara görə, hava limanında iki nəfər sərnişinlərə atəş açıb.

CNN-in məlumatına görə atəş açan şəxs 23 yaşlı amerikalı Pol Siansiya olub.

O, hava limanının 3-cü terminalının girişindəki metalyoxlama çərçivəsini keçərək içəri soxulub və ABŞ-ın Federal Nəqliyyatda Təhlükəsizlik Agentliyinin əməkdaşlarını nişan alaraq atəş açmağa başlayıb. Polislər operativ reaksiya versələr də, cinayətkarı yalnız terminalın içində, iaşə obyektlərinin olduğu yerdə yaxalaya biliblər.

TBB-nin məlumatına görə, atışmada 1 nəfər həlak olub, 7 nəfər yaralanıb. Cinayətkar da elə həmin atışmada güllələnib.

Olayla bağlı olaraq Los-Anceles hava limanında uçuşlar təxirə salınsa da, sonradan hərəkət normallaşıb.

Los-Ancelesin beynəlxalq hava limanında 9 terminal var.

.